“İnkişaf etməkdə olan ölkələrdə su qıtlığı var” – Amerikalı professor

Hazırda oxunan: “İnkişaf etməkdə olan ölkələrdə su qıtlığı var” – Amerikalı professor

221412

“İnkişaf etməkdə olan ölkələrdə bir çox problem su ilə bağlıdır, ya su qıtlığı var, ya da su keyfiyyətsizdir. Bu problemləri həll etmək üçün müxtəlif yanaşmalar tətbiq oluna bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri amerikalı mütəxəssis, hidrologiya üzrə professor David Kenneth Kreamer jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni yeraltı su mənbələri aşkar etmək lazımdır:

"Peyk təsvirləri və dronlar kimi müasir texnologiyalarla dayaz yeraltı su mənbələrini effektiv şəkildə tapmaq mümkündür. Bu vasitələr artıq Afrikadakı ölkələrdə öz səmərəliliyini sübut edib. Mövcud yeraltı su resurslarının daha yaxşı idarə edilməsi uzunmüddətli təminatı qorumaq üçün vacibdir. Su resurslarını paylaşan ölkələr arasında əməkdaşlıq çərçivələri bərabər və davamlı su istifadəsi üçün mühüm rol oynayır".

Amerikalı mütəxəssis qeyd edib ki, yeraltı suların keyfiyyətinin monitorinqi və nümunə götürülməsi, səth suları ilə müqayisədə daha az inkişaf etdirilmiş sahədir və bu sahədə ciddi irəliləyişə ehtiyac var:

"Su keyfiyyəti haqqında məlumatların açıq şəkildə paylaşılması məqsədli fəaliyyətləri təşviq edə və kollektiv həll yollarını asanlaşdıra bilər".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin