“Bitcoin”in YÜKSƏLİŞİ – Kriptovalyutalar əsas tədavül vasitəsinə ÇEVRİLİR?

Hazırda oxunan: “Bitcoin”in YÜKSƏLİŞİ – Kriptovalyutalar əsas tədavül vasitəsinə ÇEVRİLİR?

221387

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasının kriptovalyuta qaydalarını yumşaldacağına dair açıqlamaları fonunda “Bitcoin” bazar ertəsi günü yenidən bahalaşıb. Əsas kriptovalyutanın qiyməti 2,5 faiz artaraq erkən ticarətdə 91 834 dollara çatıb.

Bu isə Trampın 5 noyabrda qələbəsi xəbəri fonunda baş verən artımdan 20 faiz çox yüksəliş deməkdir.

Digər kriptovalyutalar da bazar ertəsi yüksəlişdə olub. Ethereum 2 faiz artaraq 3 124 dollara, Solana isə 4,1 faiz artaraq 253 dollara çatıb. Dogecoin isə 5,7 faiz artmaqla təxminən 38 sentə yaxınlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Bitcoin" tarixi rekorddan dərhal sonra 5 min dollar ucuzlaşdı


Qeyd edək ki, Donald Trampın Səhiyyə və İnsan Xidmətləri Nazirliyinə namizədi Robert F. Kennedi şənbə günü X sosial şəbəkəsində Bitcoini “azadlıq valyutası” adlandıraraq yeni administrasiyanın rəqəmsal aktivlərə dəstəyini vurğulayıb.

Görəsən, Trampın prezident seçilməsindən sonra yenidən aktuallaşan kriptovalyutalar dünyada əsas tədavül vasitələrindən birinə çevriləcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, mövcud vəziyyətdə kriptovalyuta bazarı inkişaf edib böyüyəcək, lakin o ödəniş vasitəsinə çevrilməyəcək:

“Trampın prezident seçkilərində qələbəsindən sonra kriptovalyuta bazarında da qiymətlər yüksəlir. Bu özünü o cümlədən bitkoinlərdə də göstərir. Belə vəziyyətin yaranmasının əsas səbəbi isə Trampın seçkiqabağı bəyanatında hökumətin kriptovalyutaya münasibətini dəyişəcəyilə bağlı verdiyi açıqlamasıdır.

O bildirdi ki, Amerika hökuməti kriptovalyuta ehtiyatı da yarada bilər. Buna maneələrə qarşı sərt davranış sərgiləyəcək. Kriptovalyutalara şübhə ilə yanaşan birja üzvlərini işdən çıxaracaq. Bu açıqlamalar onu göstərir ki, kriptovalyuta bazarı inkişaf edərək, böyüyəcək.

Lakin bu hələ o demək deyil ki, kriptovalyuta ödəniş vasitəsi olacaq. Tramp buna söz verməyib. Lakin bu bazarla bağlı iştirakçıların hüquqlarının qorunması, onlara qarşı təqiblərin azalacağı, həmin istiqamətdə qanunvericilik aktlarının qəbuluna söz verib. Belədə, kriptovalyuta bazarı inkişaf edəcək, amma onun ödəniş vasitəsinə çevrilməsi gündəmdə deyil”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin