Vatikandan Ukrayna müharibəsi ilə bağlı MÜHÜM AÇIQLAMA - FOTO

Hazırda oxunan: Vatikandan Ukrayna müharibəsi ilə bağlı MÜHÜM AÇIQLAMA - FOTO

221342

“Ümidvaram ki, Ukraynada baş verənlər hər kəsdə, xüsusən də davam edən qırğına mane ola biləcək şəxslərdə məsuliyyət sarsıntısına səbəb olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin deyib.

O, Rusiya ilə Ukrayna arasında sülh danışıqları barədə bildirib: “Gedişat müsbət olmasa da, insan həyatının müqəddəsliyinə lazımi diqqət yetirən hər kəs üçün danışıqlar həmişə mümkündür və arzuolunandır. Danışıqlar zəiflik deyil, cəsarət əlamətidir. Papa Fransiskin dediyi kimi, dialoq xalqların taleyini əlində saxlayanların getməli olduğu əsas yoldur. Heç olmasa silahların toqquşmasını dayandırmaq olar. Çünki ədalətli sülh danışıqları vaxt tələb edir”.

Xatırladaq ki, Pietro Parolin ötən ilin iyulunda Kiyev, Lvov və Odessaya səfər edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin