Paraqvay prezidenti "G20" sammiti zamanı xəstəxanaya APARILDI

Hazırda oxunan: Paraqvay prezidenti "G20" sammiti zamanı xəstəxanaya APARILDI

221335

Paraqvay prezidenti Santiaqo Pena sinə ağrıları səbəbindən Rio-de-Janeyroda keçirilən G20 zirvəsini təcili yardım maşını ilə tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Ultima Hora" qəzeti xəbər verib.

Məlumata görə, dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib. Pena xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub.

Elektrokardioqramma nəticəsində anomaliya aşkarlanıb və prezidentin özəl xəstəxanaya göndərilməsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin