Peskov: Rusiyanın dərinliklərinə zərbələr endirmək qərarı gərginliyin yeni mərhələsidir

Hazırda oxunan: Peskov: Rusiyanın dərinliklərinə zərbələr endirmək qərarı gərginliyin yeni mərhələsidir

221222

“ATACMS” raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərbin və ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi qərarını şərh edərkən deyib. 

“Əgər belə bir qərar həqiqətən formalaşdırılıbsa və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, gərginliyin keyfiyyətcə yeni raundu və ABŞ-ın bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”, - Peskov bildirib. 

Qeyd edək ki, Fransa və Böyük Britaniya da Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib. 

Fransanın Le Figaro nəşri yazıb ki, Paris və London Kiyevə öz SCALP və Storm Shadow raketləri ilə hücumlar etməyə icazə verib. 
 

Bundan əvvəl Amerika mediası Co Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Birləşmiş Ştatların verdiyi silahlardan istifadə etməsinə mane olan məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi. 


Mənbələr qeyd ediblər ki, ilk belə zərbələrin 306 km-ə qədər mənzilli ATACMS raketlərindən istifadə edilməklə həyata keçiriləcəyi ehtimal edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin