Serbiyada dəmiryolu stansiyasındakı qəza: Ölənlərin sayı 15-ə yüksəldi

Hazırda oxunan: Serbiyada dəmiryolu stansiyasındakı qəza: Ölənlərin sayı 15-ə yüksəldi

221147

Serbiyanın Novı Sad şəhərində noyabrın 1-də dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı 15 nəfərə yüksəlib.

Bizim.Media xəbər verir ki, qəzada ağır yaralananlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı 14 nəfər həlak olmuş, üç nəfər ağır yaralanmışdı. Noyabrın 2-si Serbiyada milli matəm elan olunmuşdu.

Qəzadan sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin