Google istifadəçiləri üçün YENİLİK

Hazırda oxunan: Google istifadəçiləri üçün YENİLİK

221120

"Google" şirkəti "Google Docs" üçün yeni süni intellekt əsasında şəkil yaratma funksiyasını təqdim edib. Bu funksiya istifadəçilərə sənədlər üçün vizual effektləri tez bir zamanda yaratmağa imkan verir.

Bizim.Media xəbər verir ki, alət yalnız "Workspace" ödənişli hesabları üçün əlçatan olacaq və bunlara "Gemini Business", "Enterprise", "Education", "Education Premium" və "Google One AI Premium" paketləri daxildir.
 

İstifadəçilər yeni funksiyanı "Əlavə et" > "Şəkil" > "Mənə şəkil yaratmağa kömək et" bölməsində tapa bilərlər. Daha sonra "Şəkil yarat" paneli açılır. Burada arzu olunan illüstrasiyanın təsviri daxil edilə və dizayn üslubu seçilə bilər - "Foto" və ya "Eskiz".


Xidmətin ümumi istifadəyə verilməsi 16 dekabrda planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin