Ərdoğan: “Türkiyə texnologiyanı Maskla birgə inkişaf etdirmək istəyir”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə texnologiyanı Maskla birgə inkişaf etdirmək istəyir”

220679

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın İlon Maskı ABŞ Hökumətinin Səmərəlilik Departamentinin yeni rəhbəri təyin etməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

“Türkiyənin texnologiya sahəsində atdığı addımlar dünyanın diqqətini çəkir. Texnologiya təkbaşına irəliləyə aparılan bir sahə deyil, mütləq bəzi ortaqlıqlara ehtiyacın var.

Bu sahədə əməkdaşlıq imkanları yaranarsa, Mask ilə addımlar atıla bilər. İlon Mask Tramp administrasiyasında hansı sahədə çalışacaq, o, Trampa və ya ABŞ administrasiyasına hansı faydalar gətirəcək, bunu zamanla görəcəyik”, – Türkiyə lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin