Lavrov: “Trampın gəlişi ABŞ-ın Ukrayna ilə bağlı mövqeyini dəyişdirməyəcək”.

Hazırda oxunan: Lavrov: “Trampın gəlişi ABŞ-ın Ukrayna ilə bağlı mövqeyini dəyişdirməyəcək”.

220551

Donald Trampın Ağ Evə gəlişi ABŞ-ın Ukraynadakı münaqişəyə münasibətini dəyişdirməyəcək, Vaşinqton vəziyyəti hələ də öz nəzarətində saxlamaq istəyir”, - deyə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov qeyd edib. 

Bizim.Media xəbər verir ki, bunu o, “Rusiya 1” kanalında jurnalistə müsahibədə bildirib.

“Vaşinqton hər zaman NАТО ətrafında və özü NАТО məkanında baş verənləri öz nəzarətində saxlamağa çalışacaq”, - deyə nazir bildirib, onun sözlərini TASS agentliyi təqdim edib.

Lavrov həmçinin vurğulayıb ki, bu gün Avropa İttifaqı hərbi-siyasi baxımdan NАТО ilə eyni vəziyyətdədir.

“Onların bu prosesləri öz nəzarətlərində saxlamaq istədiklərinə şübhəm yoxdur”, - deyə Sergey Lavrov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin