Bayraktar: "Türkiyə bərpa olunan enerji sahəsinə 80 milyard dollar investisiya cəlb etməlidir"

Hazırda oxunan: Bayraktar: "Türkiyə bərpa olunan enerji sahəsinə 80 milyard dollar investisiya cəlb etməlidir"

220352

Türkiyə külək və günəş enerjisində mövcud quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir və bu sahəyə ən azı 80 milyard ABŞ dolları investisiya cəlb etməlidir.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, Türkiyənin 2035-ci il üçün bərpa olunan enerji ilə bağlı ciddi hədəfləri var: "Bu yaxınlarda çox mühüm "yaşıl proqram" elan etdik və bu sahəyə də təxminən 30 milyard ABŞ dolları investisiya lazımdır. Qeyd etdiyim sahələrə sərmayə qoyuluşunun və maliyyələşdirilmənin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Layihələrimizi reallaşdırmaq üçün beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq etməliyik".

Nazir diqqətə çatdırıb ki, enerji təhlükəsizliyi məsələsi artan narahatlıq olaraq qalır: "Türkiyədə enerji tələbatında əhəmiyyətli artım var. Yüksək idxal asılılığında qurtulmaq və karbon neytrallığına çatmaq üçün otuz ildən az zaman qalıb. Bu çağırışlara cavab vermək üçün uzunmüddətli enerji strategiyamız 5 əsas sahəyə diqqət yetirir. Bunlara bərpa olunan enerji potensialının və iqtisadiyyatda enerji səmərəliliyinin artırılması, nüvə enerjisi istehsalının genişləndirilməsi, hidrogen istehsalı, batareyanın saxlanması texnologiyalarından istifadə və alternativ enerjidə istifadə olunan mineralların istehsalına investisiyanın qoyuluşu daxildir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin