ABŞ Maliyyə nazirliyinin cümə günü elan etdiyi yenilənmiş sanksiyalar siyahısına düşən Rusiyanın hüquqi şəxslərinin sayı 400-ü ötüb. Buna qədər “qara siyahı”da Rusiyaya aid yalnız 388 təşkilat və müəssisənin adları sadalanırdı.
Cümə günü yenilənmiş siyahıda hüquqi şəxslərin sayı 401-ə çatıb.
“Specially Designated Nationals List” adlı siyahıya eyni zamanda 24 Rusiyalı fiziki şəxsin adları əlavə edilib. Nəticədə sanksiyaya düşən Rusiya vətəndaşlarının sayı 179 nəfərə çatıb.(Oxu.Az)

































































































