Ən qədim qalaktika aşkar edildi - FOTO

Hazırda oxunan: Ən qədim qalaktika aşkar edildi - FOTO

22014

Tərkibində Yaponiya Milli Astronomiya Rəsədxanasının və Yaponiya Perspektiv Tədqiqatlar Universitetinin (SOKENDAI) mütəxəssislərinin də olduğu alimlər qrupu kainatda spiralşəkilli quruluşa malik ən qədim qalaktikanı aşkar edib. Onun Böyük partlayışdan 1,4 milyard il sonra əmələ gəldiyi güman edilir.

Bizim.Media-nın məlumatına görə, bu barədə məlumat Çilinin Atakama səhrasındakı radioteleskoplar kompleksini istifadə edən ALMA rəsədxanasının saytında yerləşdirilib.

Bildirilir ki, yeni kəşf edilən qalaktikaya BRI 1335-0417 adı verilib. Alimlər onun yaşının təqribən 12,4 milyard il olduğunu güman edirlər. Bu qalaktikanın spiral strukturu isə onun mərkəzindən 15 min işıq ili qədər uzanır. Bunun, Saman yolunun uzunluğundan təqribən 3 dəfə böyük olduğu qeyd edilir.

BRI 1335-0417 qalaktikasının tərkibində böyük miqdarda tozun olmasının ulduzların parıltısını müşahidə etməyə mane olduğu da bildirilir. Onun ALMA-nın çox güclü teleskopları vasitəsilə müşahidə edildiyi qeyd edilir.

“Mən hərlənən diskin, spiral strukturun və mərkəzləşmiş struktur kütləsinin belə aydın təsdiqini ilk dəfə gördüyümə görə çox həyəcanlı idim. BRI 1335-0417 qalaktikası çox uzaqda yerləşdiyinə görə biz onun kənarlarını müşahidə edə bilmirik. Kainatın ilk çağlarında mövcud olmuş bir qalaktika kimi BRI 1335-0417-in ölçüləri çox nəhəngdir”, - deyə SOKENDAI-ın aspirantı və layihənin aparıcısı Takafumi Tsukui bildirib.

Alimlərin qənaətinə görə, BRI 1335-0417 qalaktikasının öyrənilməsi Günəş sistemi də daxil olmaqla qalaktikaların əmələ gəlməsi prosesini tədqiqi etməyə yardım edəcək. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin