Tramp vəzifəyə başladığı gün Rusiya və Ukrayna ilə danışıqlar masasına OTURACAQ

Hazırda oxunan: Tramp vəzifəyə başladığı gün Rusiya və Ukrayna ilə danışıqlar masasına OTURACAQ

220139

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin ilk günündə “Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaq” niyyətindədir. 

Bizim.Media xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyinə Respublikaçıların qərargahının mətbuat katibi Karolin Livitt bildirib.

O qeyd edib ki, seçkilərdə qalib gəldikdən sonra Tramp “Rusiya və Ukrayna arasında sülh sazişi üzrə danışıqlar aparmaq” imkanı əldə edəcək.
 

Respublikaçı “bu müharibəni bitirmək üçün Tramp yeni prezidentlik müddətinin ilk günündə Rusiya və Ukraynanı danışıqlar masasına gətirmək niyyətindədir” deyə əlavə edib.


Daha əvvəl mətbuat katibi bildirmişdi ki, Tramp rəsmi vəzifəyə gəldikdən sonra ilk həftə ərzində onlarla müvafiq fərman imzalayaraq Co Bayden administrasiyasının sərəncamlarını ləğv edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin