Malayziya iki həftə öncə BRICS-ə tərəfdaş kimi qoşulmaq üçün dəvət alıb və tezliklə bu təklifə cavab verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a Malayziyanın Rusiyadakı səfir Çeonq Lun Lay məlumat verib.
Onun sözlərinə görə, dəvət Malayziya tərəfindən fəal şəkildə nəzərdən keçirilir və tezliklə cavab gözlənilir. Səfir qeyd edib ki, dəvət Malayziyanın xarici işlər naziri Məhəmməd Həsənə yazılı şəkildə göndərilib.
Xatırladaq ki, BRICS 2006-cı ildə yaradılıb. 2011-ci ildə Cənubi Afrika ilkin tərkibə (Braziliya, Rusiya, Hindistan və Çin) qoşulub. Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən assosiasiyanın tamhüquqlu üzvləri olublar.
Bizim.Media