İsrail ordusu “Hizbullah” obyektlərinə hava zərbələri endirdi

Hazırda oxunan: İsrail ordusu “Hizbullah” obyektlərinə hava zərbələri endirdi

220088

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın qərbində, Livanla sərhəd yaxınlığında yerləşən Quseyr şəhəri yaxınlığında “Hizbullah” obyektlərinə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Noyabrın 9-da baş verən hava hücumunda bir neçə nəfər, o cümlədən 2020-ci ildə Livanın keçmiş Baş naziri Rafik Həririnin (1944-2005) öldürülməsini təşkil etməkdə təqsirli bilinən “Hizbullah” üzvü Səlim Ayyaş ölüb.

Haaqada keçirilən Livan üzrə Xüsusi Tribunal (STL) Ayyaşı qiyabi olaraq beş ömürlük həbs cəzasına məhkum etmişdi. Əvvəllər iş üzrə əsas müttəhim “Hizbullah”ın silahlı qanadının üzvü Əmin Bədrəddin olub, lakin o, Suriyada döyüşlər zamanı öldürülüb.

Livan üzrə Xüsusi Tribunal 2007-ci ildə BMT Təhlükəsizlik Şurasının qərarı ilə 2005-ci il fevralın 14-də Beyrutda Həririnin ölümü ilə nəticələnən terror aktında əli olanların məsuliyyətə cəlb edilməsi üçün yaradılıb. Sahildə baş verən partlayışda tanınmış siyasətçinin mühafizəçiləri və köməkçiləri də daxil olmaqla 22 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin