Fransa dəmiryolçuları hökuməti hədələdi - SƏBƏB

Hazırda oxunan: Fransa dəmiryolçuları hökuməti hədələdi - SƏBƏB

219975

Fransanın aparıcı dəmiryol həmkarlar ittifaqları “Fret SNCF” yük daşıma şirkətinin yenidən qurulmasına etiraz olaraq hökuməti müddətsiz tətillə hədələyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

“CGT-Cheminots”, “Unsa-Ferroviaire”, “Sud-Rail” və “CFDT-Cheminots” həmkarlar ittifaqları etiraz aksiyaları keçirmək niyyətində olduqlarını bildiriblər. İlk tətil 20-22 noyabr tarixlərində keçiriləcək. İkinci tətil dekabrın 11-də başlayacaq və müddətsiz olacaq.

Məqalədə vurğulanıb ki, dəmiryolçular Fransa hökumətinin “Fret SNCF”i ləğv etmək qərarına qarşı çıxırlar. Şirkəti iki hissəyə bölmək istəyirlər: nəqliyyat daşımaları üçün “Hexafret” və lokomotivlərin texniki xidməti üçün “Technis”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin