Daha bir ölkə TDT-yə tamhüquqlu ÜZV OLACAQ

Hazırda oxunan: Daha bir ölkə TDT-yə tamhüquqlu ÜZV OLACAQ

219925

Şimali Kipr yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarla görüşündə deyib.

“Türk dünyası Kipr türklərinin haqlı mübarizəsini müdafiə etdikcə, birliyimiz daha da güclənəcək”, Cevdet Yılmaz bildirib.

Ersin Tatar isə TDT-nin Bişkek zirvəsində fəxri qonaq kimi iştirak etməsinindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tamhüquqlu üzvdür. Macarıstan, Şimali Kipr və Türkmənistan isə müşahidəçi üzv statusunda təmsil olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin