Kürdə batdığı güman edilən qadın Bakıda TAPILDI

Hazırda oxunan: Kürdə batdığı güman edilən qadın Bakıda TAPILDI

219722

Neftçalanın Bankə qəsəbəsində 1992-ci il təvəllüdlü Vəfa Ruxsad qızı Məmmədovanın itkin düşməsi ilə bağlı ailəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Məmmədova bir neçə gün öncə evdən çıxdıqdan sonra geri qayıtmayıb və onun paltarları Kür çayı sahilində tapılıb.

Bu səbəbdən yaxınları onun intihar edə biləcəyi ehtimalını irəli sürüblər. Hadisə barədə məlumat alan FHN-nin dalğıc-xilasedici qrupları çayda axtarışlara başlasa da, son məlumata görə, Vəfa Məmmədova Bakıda sığınacaqlardan birində aşkarlanıb.

Hal-hazırda faktla bağlı araşdırmalar davam edir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin