Çinin cənub-qərbindəki Çinhay vilayətində 7,4 bal gücündə zəlzələ olub.
Bizim.Media Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Pekin vaxtı ilə gecə saat 2:04-də vilayətin Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar 385 kilometr məsafədə yerləşən vilayətin paytaxtı Sinin şəhərində də hiss olunub. Hələlik insan tələfatı barədə məlumat olmasa da, körpülərin, yol ötürücülərinin dağılması barədə xəbərlər var. Vilayətin zəlzələ hiss olunan yaşayış məntəqələrinin sakinləri bütün gecəni bayırda keçiriblər.
Bildirilir ki, ötən 5 ildə Maduoda 3 baldan yuxarı 25 zəlzələ baş verib.
Qeyd edək ki, mayın 21-də Çinin Yünnan vilayətində 5,6, 6,4 və 5 bal gücündə ard-arda 3 zəlzələ olub. Nəticədə 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb, xeyli evə ziyan dəyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:05 / 22.05.2021
Çində 7,4 ballıq zəlzələ: sakinlər gecəni bayırda keçirdilər
Hazırda oxunan: Çində 7,4 ballıq zəlzələ: sakinlər gecəni bayırda keçirdilər
Hazırda oxunan: Çində 7,4 ballıq zəlzələ: sakinlər gecəni bayırda keçirdilər
21959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.