Pezeşkian: “Ölkədəki indiki vəziyyət iranlılara layiq deyil” - VİDEO

Hazırda oxunan: Pezeşkian: “Ölkədəki indiki vəziyyət iranlılara layiq deyil” - VİDEO

219508

İran prezidenti Məsud Pezeşkian bu gün “Tibb İşçiləri Günü”ndə çıxışında bildirib ki, ölkədən xaricə getmək istəyənlərə qarışa bilməz, İran vətəndaşları xaricə getmək istəyirlərsə, bu, onların seçimidir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Tasnim News” saytı yayıb.

“Mən bu vətən üçün qalıb çalışmağı, habelə şəhid olmağı seçdim. Bizdən haqqınızı tələb edə bilərsiniz. Əlimizdə olanı ədalətlə ödəyəcəyik. Etiraz etməyə ehtiyac yoxdur”, - deyə, Pezeşkian vurğulayıb.

Məsud Pezeşkian, ölkədəki vəziyyətin iranlılara layiq olmadığına toxunaraq deyib ki, İranı böhrandan xilas etmək üçün birgə çalışmaq lazımdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin