Türkiyədə bələdiyyə sədrinə silahlı HÜCUM: Özü və sürücüsü dünyasını dəyişdi

Hazırda oxunan: Türkiyədə bələdiyyə sədrinə silahlı HÜCUM: Özü və sürücüsü dünyasını dəyişdi

219170

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. 
 

Hücum zamanı onun yanında olan sürücüsü Mikayıl Çelikkol da həlak olub, daha 2 nəfər isə yaralanıb. 


Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib. 

Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin