Maya Sandu xarici ölkələrdə keçirilən səsvermə sayəsində qalib gəlib - FAİZLƏR

Hazırda oxunan: Maya Sandu xarici ölkələrdə keçirilən səsvermə sayəsində qalib gəlib - FAİZLƏR

219155

Moldovanın hazırkı prezidenti Maya Sandu rəqibi, Moldovanın sabiq baş prokuroru Aleksandr Stoyanoqloya xarici ölkələrdə keçirilən səsvermə sayəsində qalib gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan ilkin məlumatlarda deyilir.
 

Mənbə qeyd edir ki, xaricdə yaşayan və seçkilərdə iştirak edən 328 min 877 moldovalı ümumi seçicilərin 20 faizindən çoxunu təşkil edir və onların 270 mindən çoxu (83 faizi) Maya Sanduya səs verib.


Maya Sandu Moldova daxilində isə 48,81 faiz (Aleksandr Stoyanoqlo 51,19 faiz səs) toplayıb. Müxalifətin təmsilçisi Qaqauz muxtariyyətində 97 faiz, Dnestryanı bölgədə isə təxminən 80 faizə yaxın səs toplayıb.

Xatırladaq ki, bu gün səhərədək səsvermə protokollarının 99,86 faizi hesablanıb. Maya Sandu 55,41 faiz, Aleksandr Stoyanoqlo 44,59 faiz səs toplayıb.

Qeyd edək ki, seçkilərdə 1 milyon 679 min 293 seçici iştirak edib. İştirak səviyyəsi 54,31 faiz olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin