Rusiyada azərbaycanlı general həbs edildi - VİDEO

Hazırda oxunan: Rusiyada azərbaycanlı general həbs edildi - VİDEO

219116

Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, "Mash" Teleqram kanalının yaydığı məlumata görə, 52 yaşlı Mirzə Mirzəyev Cənub bölgəsi komandanının keçmiş müavini olub və tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib.

Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.

Təchizatçı şirkət, Mirzəyevə pulları vasitəçi yolu ilə çatdırsa da, o, sonradan saxlanılıb.

Mirzəyevin hüquq müdafiəçiləri onun ev dustaqlığında saxlanılması tələbi ilə çıxış ediblər, lakin məhkəmə onun törətdiyi cinayətin xarakterini nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib. General-mayor Mirzə Mirzəyev 2025-ci ilin yanvarın 2-dək həbsdə qalacaq.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin