Moldovada prezident seçkilərinin ikinci turu YEKUNLAŞDI

Hazırda oxunan: Moldovada prezident seçkilərinin ikinci turu YEKUNLAŞDI

219099

Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

Bizim.Media xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, respublikada seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə 23:00) bağlanıb.

Lakin səsvermə bəzi Qərb ölkələrində yerli vaxta əsasən davam edəcək.
 

Bildirilib ki, seçkilər yüksək seçici fəallığı ilə keçirilib. Saat 21:00-a Bakı vaxtı ilə 23:00) olan məlumata görə, seçici fəallığı 54% (təxminən 1,6 milyon seçici) olub və səsvermənin etibarlı hesab edilməsi üçün keçilməli olan 20%-lik həddi keçib.


Gün ərzində bir neçə seçki məntəqəsinə təxribatlar barədə məlumat daxil olub və bu da onları işləri dayandırmağa məcbur edib. Oxşar səbəblərdən Rezina (Moldova) və Rıbnitsa (Dnestryanı) şəhərləri arasında körpü bağlanıb, burada noyabrın 3-də səs vermək istəyənlərin uzun növbələri yaranıb. MSK həmçinin öz informasiya sisteminə kiberhücumlar barədə məlumat verib.

Qeyd edək ki, bu gün Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb.

Oktyabrın 20-də keçirilən prezident seçkiləri zamanı Maya Sandu 656,852 səs toplayıb, bu da seçicilərin 42,49 faizidir. Aleksanda Stoyanoqlo isə 25,95 faiz - 401,215 səs toplayıb. Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplaya bilsəydi, qalib hesab olunacaqdır.

Seçkilərin birinci turunda prezidentliyə namizəd uğrunda 11 namizəd mübarizə aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin