Serbiya bu gündən Rusiyadan əlavə həcmdə qaz alacaq

Hazırda oxunan: Serbiya bu gündən Rusiyadan əlavə həcmdə qaz alacaq

219010

Serbiya noyabrın 3-dən etibarən Rusiyadan əlavə həcmdə təbii qaz idxal edəcək.

Bizim.Media xəbər verir ki, mövcud təchizat müqaviləsinə əlavə olaraq, Serbiya Rusiyadan gündəlik 5 milyon kubmetr qaz alacaq. Bu həcm üçün təyin olunan qiymət isə Avropa birjalarında bazar qiymətlərindən aşağıdır.
 

Bununla da “Srbijagas” şirkətinin qış mövsümündə daxili tələbatı ödəməyə tam hazır olacağı bildirilib.


Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra ölkəsinin qarşıdakı dövrdə Rusiyadan daha yaxşı qiymətə təbii qaz alacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin