Medvedev Corc Buşun Mixail Saakaşvilini bir vaxtlar tərifləməsindən DANIŞDI - VİDEO

Hazırda oxunan: Medvedev Corc Buşun Mixail Saakaşvilini bir vaxtlar tərifləməsindən DANIŞDI - VİDEO

218941

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2004-cü ildə Ağ Evə səfəri zamanı ABŞ prezidenti Corc Buşla səmimi söhbətindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Medvedev "Russia Today" (RT) telekanalına müsahibəsində bildirib.

“Mən prezident administrasiyasının rəhbəri idim və Birləşmiş Ştatlara səfər etmişdim. Bir anda Oval Ofisə getdik, Corc Buş içəri girdi. Biz sözün əsl mənasında bir az Rusiya-Amerika münasibətlərindən danışdıq. Belə dostluq şəraitində hər şey qaydasında idi”, - deyə Medvedev bildirib.

O qeyd edib ki, dialoq zamanı Buş Gürcüstanın həmin illərdəki prezidenti Mixail Saakaşvilini “yaxşı oğlan” adlandırıb, Təhlükəsizlik Şurası sədrinin müavini buna “gözləyib görəcəyik” ifadəsi ilə cavab verib.

Bundan əvvəl Medvedev bəyan etmişdi ki, əgər ölkə hakimiyyəti istəsə, Rusiya hakimiyyəti Gürcüstanla diplomatik münasibətləri bərpa edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin