Rusiya Belarus ərazisindən Avropaya hücum edəcək? – Lukaşenkodan AÇIQLAMA

Hazırda oxunan: Rusiya Belarus ərazisindən Avropaya hücum edəcək? – Lukaşenkodan AÇIQLAMA

218917

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarus vasitəsilə Polşa, Litva, Latviya və Ukraynaya hücum edəcəyi ilə bağlı iddialara cavab verib.

Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, Belarus lideri bu fərziyyələri “tam axmaqlıq” adlandırıb.

“Rusiya Belarus vasitəsilə Polşaya, Litvaya, Latviyaya və ya Ukraynaya hücum etməyəcək. Tam cəfəngiyyatdır”, - deyə o bildirib.

Lukaşenko həmçinin Qərb ölkələrini mehriban qonşuluq münasibətləri qurmağa və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə çağırıb:

“Gəlin münasibətlərimizi qonşular kimi quraq. İstəmirsənsə, etmə. Biz əməkdaşlığı inkişaf etdirəcəyimiz başqa ölkələr də tapacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin