Milyonçuların əksəriyyəti seçkidən sonra ABŞ-ı TƏRK EDƏCƏK

Hazırda oxunan: Milyonçuların əksəriyyəti seçkidən sonra ABŞ-ı TƏRK EDƏCƏK

218899

Rekord sayda varlı ABŞ vətəndaşı seçkilərdən sonra müvəqqəti olaraq ölkəni tərk etmək niyyətindədir.

Bizim.Media “CNBC”yə istinadən xəbər verir ki, bu barədə “Arton Capital” sorğu aparıb.
 

Sorğunun nəticələrinə əsasən, amerikalı milyonerlərin 53%-i kimin qalib gəlməsindən asılı olmayaraq, seçkidən sonra ABŞ-ı tərk edəcəkləri ehtimalının olduğunu bildirib.


Dünyadakı zəngin insanlara beynəlxalq miqrasiya ilə bağlı məsləhətlər verən beynəlxalq şirkət “Henley & Partners”, "heç vaxt indiki kimi tələbat görmədiyini" qeyd edib. Şirkətin özəl müştəri qrupunun rəhbəri Dominik Volek qeyd edib ki, onun müştəriləri arasında amerikalıların sayı ilk dəfə olaraq digər millətlərin nümayəndələrinin sayını ötməyə başlayıb.

“Lesperance and Associates” qlobal vergi və immiqrasiya firmasının idarəedici tərəfdaşı David Lesperance, xaricə köçlə bağlı onunla əlaqə saxlayan ABŞ vətəndaşlarının sayının son bir il ərzində təxminən üç dəfə artdığını bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri çərşənbə axşamı, noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin