Xamneyi ƏMR VERDİ: İsrailə cavab zərbəsi planı hazırlanacaq

Hazırda oxunan: Xamneyi ƏMR VERDİ: İsrailə cavab zərbəsi planı hazırlanacaq

218852

İranın ali dini lideri Ali Xamneyi ölkənin Milli Təhlükəsizlik Şurasına İsrailə cavab zərbəsi planı hazırlamağı əmr edib.

Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” İran rəsmiləri arasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Xamneyi İsrailin hücumunun Tehran ətrafındakı raket fabriklərinə və hava hücumundan müdafiə sistemlərinə, kritik enerji infrastrukturuna və ölkənin cənubundakı əsas limanına vurduğu zərərin həcminə dair hesabatı nəzərdən keçirdikdən sonra qərar verib.

Əməliyyatın noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra həyata keçirilə biləcəyi güman edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin