Avropanın GERÇƏK SİMASI – “Köhnə qitə”yə üz tutan miqrantları gözləyən QORXUNC AQİBƏT

Hazırda oxunan: Avropanın GERÇƏK SİMASI – “Köhnə qitə”yə üz tutan miqrantları gözləyən QORXUNC AQİBƏT

218642

Bu gün dünyanın diqqət mərkəzində olan əsas məsələlərdən biri də miqrasiya problemidir.

Asiya, Afrika, keçmiş sovet məkanından çoxsaylı insanlar müxtəlif səbəblər üzündən kütləvi şəkildə Avropaya miqrasiya edir. Miqrantlar əsasən də Avropanın Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, İspaniya kimi ölkələrinə üz tuturlar.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan miqrantlarla bağlı SƏRT QƏRAR


Amma yaxşı həyat, yüksək təminat arzusu ilə Avropa ölkələrinə üz tutan miqrantlar əksər hallarda düşdükləri ölkələrdə repressiyalara, ikili standartlara məruz qalırlar. Onların bir çoxu da çıxdıqları yolda, xüsusən dənizlərdə qəzalara uğrayır və həlak olurlar. BMT-nin Miqrasiya Agentliyinin hesabatına görə, 2014-cü ildən 2018-ci ilədək Avropaya yollanan miqrantların 30 min 510 nəfəri həlak olub. 2021-ci ildə 4,4 mindən çox miqrant ölüb.

Avropaya gələn miqrantların əksəriyyəti bura gələr-gəlməz zorakılıqlara məruz qalırlar. Avropa ölkələrində miqrantlara münasibətdə sərtləşdirilən qanunlar qarşısında aciz qalan miqrantlar növbəti faciələrlə üzləşməli olurlar. Miqrantların Avropa ölkələrində üzləşdikləri əsas problemlərdən biri də onlara qarşı antisemit və islamafob meyillərin güclənməsidir.

Bir sözlə, demokratiyadan dəm vuran Avropada miqrantlara qarşı repressiya siyasəti günü-gündən daha da güclənir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, öz gözündə tiri görməyən Avropanın dünyanın digər hissəsinə insan hüquqları üzrə dərs keçməsinə heç bir mənəvi və hüquqi haqqı yoxdur:

“Təəssüf ki, hər addımbaşı insan hüquqlarından danışan, bu məsələni əlində alət edən Avropa dövlətləri öz ölkələrinə gələn miqrantların hüquqlarını hər addımbaşı pozmaqla məşğuldurlar. Miqrantlar Avropada represiyalara məruz qalır, onların hüquqları məhdudlaşdırılır”.

“Avropa artıq beynəlxalq hüquqa da hörmətlə yanaşmır”

Deputatın sözlərinə görə, Avropa inkişaf etdikcə bu ölkələrdə hüquqların qorunması tendensiyası daha da güclənmək əvəzinə, insan hüquq və azadlıqlarının pozulmasına yönəlik addımlar daha da artır:

“Bunu ən azından Qərbin miqrantlara münasibətdə qeyri-insani addımlarından, onlara qarı represiyaları gücləndirmələrindən görmək olar. Bu cür addımlar qəbul edilməz olmaqla yanaşı, beynəlxalq hüquqa da ziddir. Amma görünür, Avropa artıq beynəlxalq hüquqa da hörmətlə yanaşmır.

Qərb Azərbaycana qarşı davamlı olaraq ittihamlar səsləndirir, qətnamələr qəbul edir. Lakin onların miqrantlara münasibətdə repressiv siyasət yürütməsi açıq şəkildə göstərir ki, fundamental hüquq və azadlıqları addımbaşı pozanlar məhz Avropa ölkələridir. Təəssüflə qeyd etməliyik ki, bu gün onu Qərbin yanaşmasında, fəaliyyətində və atdığı addımlarda açıq-aydın şəkildə görürük. Bu mənada Avropanın dünyanın digər hissəsinə insan hüquqları üzrə dərs keçməsinə heç bir mənəvi və hüquqi haqqı yoxdur. İlk növbədə olar öz ölkələrində insan hüquq və azadlıqları təmin etsinlər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin