Oktyabrın 30-da axşam saatlarında rus qoşunları Xarkovun Saltovski rayonuna idarə olunan hava bombası atıblar. Nəticədə yaşayış binasına ziyan dəyib, onun iki mərtəbəsi dağılıb.
Bizim.Media vilayət hərbi idarəsinin rəisi Oleq Sinegubova istinadən xəbər verir ki, nəticədə 34 nəfər yaralanıb, 12 yaşlı uşaq dünyasını dəyişib.
Xilasedicilər ağır yaralanan uşağı dağıntılar altından çıxara bilsələr də, həkimlər onu xilas edə bilməyiblər. Dağıntılar altından daha bir nəfərin meyitinin parçaları tapılıb. Onun şəxsiyyəti hələ müəyyən edilməyib.
Sinegubovun sözlərinə görə, dağıntılar altında 15 yaşlı yeniyetmə də var.
Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında Xarkova hava zərbəsi endirilən yerdən video yayımlayıb və müttəfiqləri yardımla bağlı qərar qəbul etməyi gecikdirməməyə çağırıb:
“Bu şərtlər altında onların hər bir gecikmiş qərarı Ukraynaya qarşı ən azı onlarla, hətta yüzlərlə belə rus bombası deməkdir. Onların qərarları xalqımızın həyatıdır. Ona görə də biz birlikdə Rusiyanı dayandırmalı və bunu bütün gücümüzlə etməliyik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:47 / 31.10.2024
Rusiya ordusu Xarkovu bombaladı: İtkilər arasında uşaqlar da var - VİDEO
Hazırda oxunan: Rusiya ordusu Xarkovu bombaladı: İtkilər arasında uşaqlar da var - VİDEO
Hazırda oxunan: Rusiya ordusu Xarkovu bombaladı: İtkilər arasında uşaqlar da var - VİDEO
218578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.