Rusiyalı jurnalistlərin Vaşinqtonda saxlanılmasına Zaxarovadan REAKSİYA

Hazırda oxunan: Rusiyalı jurnalistlərin Vaşinqtonda saxlanılmasına Zaxarovadan REAKSİYA

218488

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ı informasiya əldə etmək azadlığının və media plüralizminin təmin edilməsi sahəsində öhdəliklərini pozmaqda ittiham edib.

Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, o, "İzvestiya"nın çəkiliş qrupunun saxlanması ilə bağlı yaranmış vəziyyətə belə reaksiya verib.
 

XİN nümayəndəsi Moskvanın ABŞ hakimiyyətinin özbaşınalığını müvafiq cavabsız qoymayacağına söz verib.


"Rusiyalı jurnalistlərin ABŞ hakimiyyətinə öz niyyətləri barədə əvvəlcədən məlumat vermələri və redaksiya tapşırığını yerinə yetirmək üçün rəsmi icazə almaları bu hərəkətin nümayişkaranə xarakterini, hər an repressiya aparatından istifadə etməyə hazır olduqlarını birmənalı şəkildə nümayiş etdirmək istəyindən xəbər verir", Zaxarovanın şərhində deyilir.

Xatırladaq ki, "İzvestiya"nın çəkiliş qrupu oktyabrın 29-na keçən gecə Vaşinqton hava limanında saxlanılıb. Jurnalistlər ABŞ-da qarşıdan gələn seçkiləri işıqlandırmaq üçün gedirmişlər. Zaxarova deyib ki, bütün avadanlıq və rabitə vasitələri "İzvestiya"nın əməkdaşlarından götürülüb və saatlarla dindiriliblər. Operatorun sərhədi keçməsinə icazə verilməyib və vizası "inzibati səbəblərə görə" ləğv edilib. Rusiyanın ABŞ-dakı səfirliyinə jurnalistlə əlaqə saxlamağa və ona köməklik göstərməyə icazə verilməyib. Qalan jurnalistlər bir sıra məhdudiyyətlərlə media nümayəndəsi kimi akkreditasiyadan keçiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin