Meksika cəngəlliklərində nəhəng qədim Mayya şəhəri TAPILDI - FOTO

Hazırda oxunan: Meksika cəngəlliklərində nəhəng qədim Mayya şəhəri TAPILDI - FOTO

218455

Meksikada Valeriana adlı nəhəng qədim Mayya şəhəri tapılıb.

Bu barədə Bizim.Media "TGRT Haber"ə istinadən xəbər verir.
 

Mənbə qeyd edir ki, bu şəhər Tulan Universitetinin Arxeologiya fakültəsinin tələbəsi Luke Auld-Tomas tərəfindən kəşf edilib.


O, internetdə araşdırma apardığı zaman bölgə ilə bağlı maraqlı məlumatlara rast gəlib və nəticədə təsadüfən bu tapıntı ortaya çıxıb.

Valeriana şəhəri Latın Amerikasındakı ən böyük Mayyanın mərkəzi olan Calakmuldan sonra ikinci ən böyük Mayya şəhəri hesab edilir. Təxmin edilir ki, şəhərin əhalisi eramızın 750-850-ci illərində pik həddə çataraq 30-50 min nəfər təşkil edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin