Zurabişvilinin açıqlamaları başına bəla oldu - Prokurorluq dindirəcək

Hazırda oxunan: Zurabişvilinin açıqlamaları başına bəla oldu - Prokurorluq dindirəcək

218432

Gürcüstan Prezidenti Salome Zurabişvili prokurorluğa çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

Mənbə qeyd edir ki, Zurabişvili oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı verdiyi açıqlamalarına görə dindiriləcək.
 

Xatırladaq ki, seçkilərdə Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb.


Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik - Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin