“Milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən daha heç kimdən icazə almırıq, kimin nə düşündüyünü soruşmuruq”.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan ilk milli çoxməqsədli “T625 GÖKBEY” helikopterinin jandarma qüvvələrinə təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, ölkəsi pilotsuz uçuş aparatları bazarında dünyanın ən böyük istehsalçısıdır:
“Əvvəllər bizə silah verənlər atdığımız güllələrin sayını tutur, bəzən də hesaba çəkirdilər. Terrorla mübarizəmizdə daim maneələrlə qarşılaşardıq, artıq öz hazırladığımız silahlardan istifadə edərək bütün problemlərin öhdəsindən gəlirik".
“Təbii ki, bununla kifayətlənməyəcəyik. Qarşıdakı dövrdə heç bir sahəni diqqətdən kənarda qoymadan, dostlara etimad, düşmənlərə isə qorxu aşılayan çəkindirici gücə nail olana qədər çalışacağıq”,- Ərdoğan vurğulayıb.
Bizim.Media