Böyük Britaniya, Kanada və Avropa İttifaqı (Aİ) bir sıra şirkət və fiziki şəxsləri Myanma rəhbərliyi ilə əlaqədə olmaqda ittiham edərək onları sanksiyalar siyahısına salıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Krallığın atdığı addımlar Myanma ordusunun insan hüquqlarının kobud şəkildə pozulması olan mülki şəxslərə qarşı hava hücumları həyata keçirmə imkanlarını məhdudlaşdırmağa kömək edəcək.
Qeyd edilib ki, “qara siyahı”ya salınan şirkətlər Myanma Silahlı Qüvvələrinə aviasiya yanacağı və ehtiyat hissələrinin tədarükü ilə məşğuldur.
Aİ-nin “qara siyahı”sına isə “Chit Linn Myaing” şirkəti, eləcə də ölkənin hərbi rəhbərliyinin təqaüddə və aktiv fəaliyyətdə olan üç üzvü daxil edilib. Kanada sanksiyaları isə 3 fiziki şəxsə və 4 şirkətə şamil edilir.
Bizim.Media