Amerikalı analitik: “Qərb viran qalacaq, ABŞ vətəndaş müharibəsinin astanasındadır” – EKSKLÜZİV

Hazırda oxunan: Amerikalı analitik: “Qərb viran qalacaq, ABŞ vətəndaş müharibəsinin astanasındadır” – EKSKLÜZİV

218335

“Fakt budur ki, 50-yə yaxın dövlət Rusiyanı məğlub etmək üçün birləşib. Ümumilikdə 31 NATO ölkəsi və Yaponiya, Cənubi Koreya kimi digər dövlətlər Kiyevi dəstəkləyir”.
 

MÖVZU İLƏ BAĞLI:

Amerikalı analitik: “Ermənistan Qərbin qapısı arxasında qalan ölkəyə çevrilib”


Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı siyasi şərhçi və geosiyasət üzrə ekspert Con Varoli deyib. Şimali Koreya əsgərlərinin Rusiya tərəfindən Ukraynaya qarşı döyüşəcəyi ilə bağlı yayılan xəbərləri şərh edən Varoli, Moskvanın tərəfdaşlarından kömək almaq hüququnun olduğunu deyib.

“Rusiyanın öz tərəfdaşları ilə işləmək hüququ var ki, qonşuları ilə mübarizə aparsın. Cənubi Koreya isə təcavüzkar dövlətdir, gəlin bunu açıq deyək: Kiyevi dəstəkləyən bir çox ölkə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozan dövlətlərdir”, - deyə C.Varoli qeyd edib.

“Rusiyanın da qonşularından kömək almaq hüququ var”

Qərbin Ukraynaya dəstəyini xatırladan amerikalı şərhçi bildirib ki, Rusiyanın da qonşularından dəstək almaq hüququ var:

“Mən belə düşünürəm ki, “CNN”, “CBS”, “New York Times” hamısı yalan danışır. Mən Rusiyada və Ukraynada ABŞ-ın xarici siyasətində yüksək təhsilli mütəxəssisəm, ona görə də həmişə doğru danışacam və vicdanlı təhlillər edəcəm. Əgər KXDR hərbçiləri oradadırsa, deməli indi Ukrayna Şimali Koreya qoşunlarına qarşı döyüşür. Bu, məntiqlidir, çünki proses hüquqi baxımdan da doğrudur.

Şimali Koreya hesab edir ki, bu, döyüş sahəsində təcrübə əldə etmək və müttəfiqə kömək etmək üçün yaxşı fürsətdir. Gəlin unutmayaq, Şimali Koreya rusların qonşusudur”, - deyə C.Varoli bildirib.

“ABŞ vətəndaş müharibəsinin astanasındadır”

Qərbin və Avropa İttifaqının Rusiyaya qarşı başlatdığı müharibədə məğlub olduğunu bildirən politoloq, Amerikanın və Aİ-nin yaxın gələcəkdə dağılacağını deyib:

“Moskva bilir ki, bu, Qərbi qəzəbləndirir. Ona görə ki, Şimal Koreya qoşunları Qərbi məğlub etməyə kömək edir, çünki orada döyüşən ABŞ qoşunları var. Ümumilikdə isə III Dünya Müharibəsinin astanasındayıq. Qərbdə III Dünya müharibəsinin olduqca tez bitəcəyini düşünürəm, çünki Qərb viran qalacaq. Maliyyə, iqtisadi, sosial üsyanlar olacaq. Artıq üsyanlar var. Fransa və Almaniyaya baxın. ABŞ isə vətəndaş müharibəsinin astanasındadır”, - deyə C.Varoli əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin