Almaniya İrandakı səfirini geri çağırdı

Hazırda oxunan: Almaniya İrandakı səfirini geri çağırdı

218299

Xəbər verdiyimiz kimi, ötən gün Almaniyanın İran əsiili vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib. Bu səbəbdən rəsmi Berlin İrandakı səfirini geri çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Almaniya Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, Cəmşid Şarməhdi 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib.

Cəmşid Şarməhdi, həmçinin Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib. Bu qrup 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən partlayış törədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin