Qara delfinlər sahilə kütləvi axın etdi – VİDEO

Hazırda oxunan: Qara delfinlər sahilə kütləvi axın etdi – VİDEO

218285
Avstraliyanın Hamelin körfəzində 150-ə yaxın qara delfin sahilə çıxıb.

Oxu.az “The Sydney Morning Herald”a istinadən xəbər verir ki, dəniz məməlilərinin böyük əksəriyyəti dayaz sularda və ya sahildə tələf olub.


Yalnız 15 delfinin sağ qaldığı bildirilir.

Ekoloq Ben Tennokun sözlərinə görə, mütəxəssislər könüllülərlə birgə sağ qalan delfinləri dərin sulara qaytarmağa çalışır. Hadisənin baş verdiyi çimərlik müvəqqəti olaraq bağlanıb.


Təbiətin qorunması qurumu bildirib ki, delfinlərin leşləri vaxtından çimərlikdən kənarlaşdırılmasa köpəkbalıqlarının sahilə axın etməsinə səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin