Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Çeçenistanın Qudermes şəhərində yerləşən binası dron hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, dron hücumu yerli vaxtla səhər saat 6:30-da baş tutub.
Hadisə nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki binanın damı yanıb.
"Ölən və ya xəsarət alan yoxdur. Yanğın söndürülüb. Hərbi təhsil müəssisəsi fəaliyyətini dayandırmayıb, bütün xidmətlər normal rejimdə işləyir", - Ramzan Kadırov qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							12:11 / 29.10.2024
							
						Çeçenistanda hərbi məktəbə dronla hücum oldu
						
							
								Hazırda oxunan: Çeçenistanda hərbi məktəbə dronla hücum oldu							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Çeçenistanda hərbi məktəbə dronla hücum oldu							
						218273
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































