"Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfəri zamanı hava limanında qarşılanmaması ilə bağlı xəbərlər yalandır".
Bizim.Media xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer brifinqdə deyib.
Onun sözlərinə görə, video Çində deyil, Malayziyada çəkilib.
"Anlaşılmazlıq səbəbindən təyyarə səhv yerdə dayanıb. Bu səhvə görə nazirlə görüşən Malayziya rəsmilərinin nümayəndələri bir az uzaqda yerləşdirilib və Berbok qarşılanmaq üçün bir neçə addım getməli olub", - o bildirib.
Məlumata görə, Berbokun Malayziyaya səfəri 2024-cü ilin yanvarında baş tutub. Almaniyanın xarici işlər naziri Çinə apreldə səfər edib.
Xatırladaq ki, dünən xarici KİV-də Çinə səfərə gedən Almaniya xarici işlər naziri Annalena Berboku hava limanında heç kimin qarşılamadığı ilə bağlı məlumat yayılıb. Buna səbəb kimi isə Berbokun daha əvvəl Çin lideri Si Cinpinlə bağlı verdiyi açıqlamalar göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:20 / 29.10.2024
Almaniya XİN Berbokla bağlı kadrları təkzib etdi - VİDEO
Hazırda oxunan: Almaniya XİN Berbokla bağlı kadrları təkzib etdi - VİDEO
Hazırda oxunan: Almaniya XİN Berbokla bağlı kadrları təkzib etdi - VİDEO
218237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.