ABŞ-nin hazırkı dövlət başçısı Cozef Bayden Delaver ştatında prezident seçkilərində erkən səs verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden digər seçicilərlə bərabər səsvermədən əvvəl növbədə gözləyib. Hazırki prezident vətəndaşlıq borcunu yerinə yetirməzdən əvvəl qızmar günəşin altında 40 dəqiqə növbəyə dayanıb.
Qeyd edək ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək.
Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris ən yüksək hökumət postu uğrunda mübarizə aparacaqlar. Seçicilər eyni zamanda Konqresin yeni üzvlərini - hökumətin qanunverici orqanını da seçəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:34 / 28.10.2024
Bayden 40 dəqiqə növbə gözləyərək SƏS VERDİ - VİDEO
Hazırda oxunan: Bayden 40 dəqiqə növbə gözləyərək SƏS VERDİ - VİDEO
Hazırda oxunan: Bayden 40 dəqiqə növbə gözləyərək SƏS VERDİ - VİDEO
218215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.