Gürcüstanda keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayan ölkə Prezidenti Salome Zurabişvili hazırda Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyaya qoşulub.
Bizim.Media xəbər verir ki, Fransa səfərindən qayıdan Zurabişvili birbaşa aksiya ərazisinə gedib.
Qeyd edək ki, ötən gün Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırmışdı: ““Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.Seçkilərin ilkin nəticələrinə görə, ümumilikdə 61 mandata malik dörd siyasi subyekt müxalifət kimi parlamentə daxil olacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:45 / 28.10.2024
Gürcüstan prezidenti Tbilisdəki aksiyaya qoşuldu - ANBAAN VİDEO
Hazırda oxunan: Gürcüstan prezidenti Tbilisdəki aksiyaya qoşuldu - ANBAAN VİDEO
Hazırda oxunan: Gürcüstan prezidenti Tbilisdəki aksiyaya qoşuldu - ANBAAN VİDEO
218197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.