Ərdoğan: “Qarabağın işğalının başa çatması Cənubi Qafqazda sülh üçün unikal imkan yaratdı”

Hazırda oxunan: Ərdoğan: “Qarabağın işğalının başa çatması Cənubi Qafqazda sülh üçün unikal imkan yaratdı”

218194

“Qarabağın 30 illik işğalının başa çatması ilə Cənubi Qafqazda davamlı sülh üçün unikal imkan yaranıb”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.

Ərdoğan Ermənistan, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Ankaradakı görüşünü də xatırladıb: Oktyabrın 18-də Ermənistan, Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri ölkəmizdə idilər. “3+3” Cənubi Qafqaz üzrə Əməkdaşlıq Platforması vacib bir ehtiyacı qarşıladığını müşahidə edirik.
 

Can Azərbaycan və Ermənistanın bu istiqamətdə apardıqları səmimi işləri diqqətlə izləyirik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”.


Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasın gündəliyində əsas yeri bir neçə gün öncə TUSAŞ aerokosmik istehsalat müəssisəsinə edilən hücum, PKK-ya qarşı əməliyyatlar, eləcə də Yaxın Şərqdə artan gərginlik tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin