Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən narazı olan insanlar ölkə parlamentinin binası qarşısına toplaşıblar.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər “Telegram” kanallarında yayılıb.
Qeyd edilib ki, hazırda müxalifət liderləri diplomatik korpusun nümayəndələri ilə görüşürlər. Gürcüstan parlamentinin binasının həyətinə xüsusi təyinatlılar səfərbər edilib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.Seçkilərin ilkin nəticələrinə görə, ümumilikdə 61 mandata malik dörd siyasi subyekt müxalifət kimi parlamentə daxil olacaq.
Bizim.Media