BMT TŞ sabah İsrailin İrana zərbəsi ilə bağlı iclas keçiriləcək

Hazırda oxunan: BMT TŞ sabah İsrailin İrana zərbəsi ilə bağlı iclas keçiriləcək

218055

Oktyabrın 28-də BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə bağlı iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə dünya təşkilatındakı mənbə bildirib.

"Oktyabrın 28-də saat 15:00-da İran İslam Respublikasının xahişi ilə Əlcəzair, Çin və Rusiya Federasiyasının dəstəyi ilə Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası keçiriləcək", - deyə bildirilib.
 

Qeyd edək ki, ötən gün İranın BMT-dəki daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının sədri qismində olan İsveçrədən İsrailin hücumu ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş edib.


Bundan əlavə, İran missiyası BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasını qəti mövqe nümayiş etdirməyə və İsrailin hücumunu qəti və birmənalı şəkildə pisləməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin