Oktyabrın 27-də Moldova prezidenti vəzifəsinə namizədlər Maya Sandu və Aleksanda Stoyanoqlo arasında debat baş tutub.
Bizim.Media xəbər verir ki, müzakirə platforması “Moldova 1” telekanalı vasitəsilə yayımlanıb. Debat moderatorsuz keçib.
Sandu və Stoyanoqlo qərargahları arasında əldə olunmuş razılaşmalara əsasən, namizədlər həm rumın, həm də rus dilində sual verə və cavablandıra bilərdilər.
Püşkatma nəticəsində ilk olaraq prezidentliyə namizəd Maya Sandu seçki debatına başlayıb.
Debatın təşkili xərcləri təxminən 200 min ley təşkil edib və hər iki namizədin komandaları tərəfindən ödənilib.
Qeyd edək ki, Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək. İkinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi, 42,49 faiz - 656,852 səs toplayan Maya Sandu və 25,95 faiz - 401,215 səs toplayan Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksanda Stoyanoqlo yarışacaqlar.
Bizim.Media