“Zelenskinin nüvə silahı haqda danışmağı dayandırması üçün Ukraynaya təxminən 50 milyard dollar veriləcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
"Nüvə silahı haqqında danışmamaq üçün bizə 50 milyard verdilər" – deyə diplomat qeyd edib.
Bundan əvvəl Rusiya İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov demişdi ki, Ukraynada nüvə silahının peyda olması Qərbin səhvi olacaq.
“Başqa Ukrayna” hərəkatının üzvü, iqtisad elmləri namizədi Aleksandr Dudçak isə bildirmişdi ki, Ukraynanın nüvə silahı istehsalı ilə bağlı şayiələri silah tədarükü üçün örtükdür.
Bizim.Media