Şimali Koreya hərbçiləri UKRAYNADA – Qərb buna da səsini ÇIXARMAYACAQ?

Hazırda oxunan: Şimali Koreya hərbçiləri UKRAYNADA – Qərb buna da səsini ÇIXARMAYACAQ?

217743

Artıq Rusiya Prezidenti Vladimir Putin də Şimali Koreya hərbçilərinin Ukraynada döyüşdüyünü dolayısı ilə etiraf edib.

Putin BRİCS samitindən sonra keçirilən mətbuat konfransında jurnalistin Rusiya ərazisində Şimali Koreya hərbçilərinin olmasını sübut edən peyk çəkilişləri ilə bağlı sualına cavabında deyib ki, “Şəkillər ciddi bir şeydir. Əgər fotoşəkillər varsa, deməli, onlar nəyisə əks etdirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada döyüş bölgəsində Şimali Koreya bayrağı qaldırılıb - KİV


O xatırladıb ki, KXDR ilə strateji tərəfdaşlıq sazişində hərbi yardımın göstərilməsi ilə bağlı maddə yer alıb.

“Bu gün, məncə, bizim strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya olunub. Orada 4-cü maddə var. Şimali Koreya rəhbərliyinin bizim razılaşmalarımıza ciddi yanaşdığına biz heç vaxt zərrə qədər belə şübhə etməmişik. Bu maddə çərçivəsində nəyi və necə edəcəyik, bu, artıq bizim işimizdir”, - deyə Putin bildirib.

Ardınca o, qeyd edib ki, prosesin necə inkişaf edəcəyinə baxacaqlar.

Maraqlıdır görəsən, Qərb buna da səsini çıxarmayacaq?

Qeyd edək ki, Qərb Ukraynaya dəstək göstərsə də, bunu geniş müstəvidə etmir. Kiyevin istədiyi bir sıra yardımlar var ki, Qərb onları verməkdən hələ də boyun qaçırır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Şimali Koreyaya aid silahlı birləşmələrin Ukraynada Rusiya tərəfində iştirakı bu dövlətlər arasında strateji tərəfdaşlıq və müttəfiqlik barədə müqavilənin 4-cü bəndilə tənzimlənir:

“Bu dövlətlərarası sazişin mətnindən irəli gəlir və beynəlxalq hüquqla heç bir ziddiyyət təşkil etmir. Bu mənada Qərbin həmin məsələ ilə bağlı səsini çıxarmasının heç bir əsası yoxdur. Digər tərəfdən, Rusiya prezidenti Qərbin bununla bağlı peykdən çəkilmiş hansısa şəkillərə istinad etdiyini, əslində isə, Qərb informasiya agentliklərində yayımlanmış məlumatların gerçəklikdən uzaq olduğunu bəyan edib. Belarus prezidenti Lukaşenko da vurğulayıb ki, bu dezinformasiyadır”.

Həmsöhbətimiz düşünür ki, Rusiyanın Ukrayna ilə müharibəni davam etdirməsi üçün insan resursları baxımından heç bir problemi yoxdur:

“Digər tərəfdən, bu halda Rusiya Belarusa müraciət etsəydi, daha anlaşılan olardı, çünki onlar ittifaq dövlətləridirlər”.

Ekspert deyir ki, Ukrayna Rusiyaya qarşı təxminən 60 dövlətin dəstəyi ilə vuruşur:

“Burada habelə Ukrayna tərəfində artıq könüllülər və ya muzdlular deyil, NATO-nun göndərdiyi yüksək səriştəli hərbçi mütəxəssislər də vuruşur. Qərb texnologiyaları, rabitə, kəşfiyyat peyklərindən Ukraynanın istifadə etmək bacarıqları yoxdur. Bunların hamısını kollektiv Qərb edir. Rusiya bütün bunlardan xəbərdardır, lakin, Putinin dediyi kimi “Qərb Rusiyanı nə qədər təhdid edirsə, bu onu daha da ruhlandırır".

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin