Şolz: “Ukrayna hazırda NATO-ya üzv ola bilməz”

Hazırda oxunan: Şolz: “Ukrayna hazırda NATO-ya üzv ola bilməz”

217722

“Hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar verməyə ehtiyac yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Almaniya Kansleri Olaf Şolz Şolz ZDF televiziyasına müsahibəsində bildirib.

“Biz Vaşinqtonda və Vilnüsdə qərarlar qəbul etdik və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı perspektivlərimizi təsvir etdik. Hesab edirəm ki, hazırda bu qərarlardan kənar yeni bir həll variantına ehtiyac yoxdur”.

Şolzun sözlərinə görə, müharibə şəraitində olan ölkə Alyansa üzv ola bilməz:
 

“Lakin indi söhbət daha çox müharibədən sonrakı vəziyyətdə təhlükəsizlik təminatları məsələsinin müzakirəsindən gedir”.


Qeyd edək ki, Ukraynanın NATO-ya dəvət edilməsi Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 16-da Ali Radada təqdim etdiyi “qələbə planı”nın bəndlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin